Xocalıda tapılmış meyit qalıqlarının azərbaycanlılara aid olduğu sübut edilib

Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib.

Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilib.
Bununla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməyib, müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılıb:
“Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir. Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verir.   
Ermənilər tərəfindən yayılmış videomaterialda adı elmi ictimaiyyətə məlum olmayan erməni “antropoloq” Levon Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf sayılmamalıdır. “Antropoloq” Levon Yepiskoposyanın müsahibəsində bu qalıqların guya 1992-1993-cü illərdə Xocalı şəhərində ölmüş ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda dəfn edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu bildirməsinin heç bir əsası yoxdur. Məzarlığın aşkarlandığı ərazidə erməni dini abidəsi və məzarlığının olmaması qeyd olunanları bir daha sübut edir.   
Fərrux yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi narahatlıq keçirən erməni tərəfinin hazırda başlatdığı təbliğat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.
İşğaldan azad edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.



21-04-2022, 12:30 204

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041