"Rusiya ordusu fevralın 24-dən indiyədək təxminən 24,7 min nəfər hərbçisini itirib.
Sumqayit.tv "İnterfax"a istinadən verdiyi xəbərə görə, təkcə son gün ərzində rusların 200-ə yaxın hərbi qulluqçusu, 15 tank, 41 zirehli döyüş maşını (BBM), 8 artilleriya sistemi, 6 reaktiv qumbaraatan, 2 hava hücumundan müdafiə sistemi, 2 təyyarə, 40 ədəd texnika və tank, həmçinin 9 pilotsuz nəqliyyat vasitəsi və 2 qanadlı raketi məhv edilib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib.