Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə Kəlbəcər rayonunda "Xudavəng" məbədini ziyarət ediblər."Report"un Kəlbəcər rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı münasibətilə monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.
Səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri də iştirak edirlər.