“Euronews” Şuşada keçirilən musiqi festivalına reportaj həsr edib
“Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada “Xarıbülbül” adlı V Beynəlxalq Folklor Festivalı keçirilib”. Bu haqda “Euronews”un hazırladığı reportajda qeyd edilir. Bildirilir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən musiqiçilər və rəqs qrupları, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor qrupları iştirak ediblər. Tədbir may ayında, Qarabağ bölgəsinin “rəsmi çiçəyi” kimi tanınan xarıbülbülün (Ophrys caucasica) çiçəkləmə dövründə təşkil edilib.Tədbir may ayında, Qarabağ bölgəsinin “rəsmi çiçəyi” kimi tanınan xarıbülbülün (Ophrys caucasica) çiçəkləmə dövründə təşkil edilib.