“Quru sərhədlərin açılmaması pandemiyaya görə deyil" - DEPUTATDAN AÇIQLAMA


Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən Azərbaycanın da qonşu ölkələrlə quru sərhədləri bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejimi ilə bağlı bir çox məhdudiyyətləri ləğv etsə də, quru sərhədlərin açılması barədə qərar vermir. Bu isə xüsusilə Rusiyadan ölkəmizə qayıtmaq istəyən azərbaycanlıların narazılığı ilə qarşılanır.
Mövzu barədə Redaktor.az-a açıqlama verən millət vəkili Razi Nurullayev dedi ki, bu məsələni dəfələrlə hökumətə çatdırıblar:
“Azərbaycan quru sərhədlərini açmalıdır. Yorulmuşuq artıq. Bu məsələni neçənci dəfədir Milli Məclisin tribunasında qaldırmışam. Dövrü mətbuatda demək olar ki, hər gün bu məsələni qaldırıram. Bu artıq insanların tələbidir. İnsanların sosial istəyidir ki, quru sərhədləri açılsın. Azərbaycanın məlum səbəblərə görə cəmi İranla və Türkiyə ilə Naxçıvan üzərindən quru sərhədləri açıqdır. Amma heç bir quru sərhəd işləmir. İnsanlarımız Rusiyadan bura gələ bilmir. Buradan Gürcüstana, Türkiyəyə gedə bilmir. İrana keçə bilmir, Rusiyaya gedə bilmir. Oradakılar bura gələ bilmir. Bir çox insanlar pandemiyadan öncə gəliblər Azərbaycana, indi də buradan ora qayıda bilmirlər”.
Deputat bildirdi ki, quru sərhədlərin açılmaması ən çox həssas qrup insanlara təsir edir:
“Təyyarə biletləri o qədər bahadır ki, o insanlar təyyarə biletini alıb ora gedib-gələ bilmirlər. Quru sərhədlərin bağlı qalması əsasən həssas qrupları vurur. Hansı ki, o insanlar təyyarə bileti alıb gedib-gələ bilmir. Bu insanlara görə quru sərhədləri açılmalıdır. Quru sərhədlərinin açılmaması nəticəsində haradasa 1 milyona yaxın insan kiçik ticarətlə məşğul olaraq dolanmaqdan zərər çəkir. Çünki haradasa 200-250 minə yaxın insan quru sərhədlərindən keçib xırda ticarətlə məşğul olurdu. İşini başqa ölkələrdə görürdü, Azərbaycana qayıdırdı. Onların da ailə üzvlərini 3-4-ə vursaq gəlir 1 milyona yaxın insana çıxır. Pandemiya şəraitində 4-5 dəfə iş yerləri azalıb. Bunu da üzərinə gəlsək, bu insanların sosial vəziyyətini təsəvvür edə bilərik? Bunun müqabilində quru sərhədlərin açılmaması böyük çətinlik yaradır”.
Razi Nurullayevin sözlərinə görə, Nazirlər Kabineti konstitusiyamıza zidd hərəkət edir:
“İndi yay dövrüdür. Artıq bütün dünyada turistlər başqa-başqa ölkələrə keçmək istəyir.  Başqa ölkələrdə yaşayan turistlərin də hamısı təyyarə ilə gəlmək istəmir. Əsasən bizə turist Rusiyadan gəlirdi. Orada yaşayan azərbaycanlılarımız gəlirdi. Gürcüstandan, İrandan, Türkiyədən turistlər gəlirdi. Quru sərhədlərini bağlamışıq, insanlar gəlmir. Bunlar bizim turizm sektorunda iş yerləri yaradırdılar. Çox təəssüf edirəm ki, bu gün Nazirlər Kabinetinin qəbul etdiyi quru sərhədlərin bağlı qalması ilə bağlı qərar Azərbaycan Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulan bəndləri pozur. Belə çıxır ki, Nazirlər Kabinetinin qərarı Azərbaycanın Konstitusiyasından üstündür. Bu isə mümkün deyil, ola bilməz”.
Millət vəkili qeyd etdi ki, pandemiya çoxdan bitdiyi üçün sərhədlər də açılmalıdır:
“Artıq mən hesab edirəm ki, quru sərhədlərin açılmaması pandemiya məsələsinə görə deyil. Artıq bu başqa bir məsələdir. Çünki Azərbaycanda pandemiya, xəstəlik artıq yoxdur. Dünyada da azalma üzrə gedir. Bütün dünyada, hansı ölkələrdən ki, Azərbaycana gələcəklər, hamısı da vaksinasiya olunub. Quru sərhədlərini elə ömrü boyu bağlı saxlamalı deyilik ki? Xəstəlik var idi, qurtardı və yaxud onunla mübarizəni öyrəndik. Quru sərhədlərin də açmaq lazımdır”.
Deputatın fikrincə, gələn aydan bu məsələ öz həllini tapa bilər:
“Təyyarə ilə, başqa yolla gəlirlər. Burada məntiq yoxdur. Ümumiyyətlə bu pandemiya dövründə bir çox məntiqsiz qərarların şahidi olduq. Ola bişin ki, bizim bilmədiyimiz məqamlar var. Bəlkə də bunu deyə bilmirlər, demək istəmirlər. Amma hər halda bu məsələlərin bu şəkildə qaranlıq qalması ciddi bir narahatlıqlar yaradır, suallar doğurur. Mən hesab edirəm ki, artıq bu məsələ o dərəcədə narahatlıq yaradır və şişir ki, artıq hər bir kəs bunu dilində saxlayır və bunun açılmasını istəyir. Mən bildiyimə, eşitdiyimə, hiss etdiyimə görə yəqin ki, artıq gələn aydan bu məsələ həll olunar və sərhədlər açılar”.

19-05-2022, 13:40 2 898

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041