Türkiyə və Azərbaycanda imtahan suallarını satan şəxslər həbs edildilər



Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarının qanunsuz satışını təşkil edən şəxslər həbs ediliblər.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Xəbərə görə, xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazid şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” MMC-nin direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların xaricdə təhsil almasında köməklik göstərilməsi ilə məşğul olan Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub beynəlxalq səviyyədə fəaliyyət göstərən “College Board” özəl təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”) üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) kommersiya sirri təşkil edən sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul vəsaiti müqabilində bu növ imtahanların keçirilməsinə lisenziyası olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi, Cahid Məmmədovun qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə satıb yaymasına, bununla da “College Board” təşkilatının və cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazid hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş edilir.

19-05-2022, 17:30 261

Digər xəbərlər

Sumqayıtda 7A saylı avtobusdan narazılıq – sürücü Avtovağzala getməkdən imtina edib-FOTO

Sumqayıtda daxili kreditlə mənzil sahibi olmaq imkanı – “Kristal”dan yeni təkliflər

Sumqayıtın uşaqlar üçün oyun meydançaları niyə baxımsız qalıb?

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakim təyinatları məlum olub

Bakı–Sumqayıt qatarına daş atılıb – sərnişin vaqonunun şüşəsi sınıb

Sumqayıt-Bakı qatarının qrafiki tələbələri yolda qoyur: "İki saat gözləməli oluruq" - RƏSMİ 

Sumqayıtda dünya çempionunu qətlə yetirən şəxsə 19 il həbs cəzası verildi

Sumqayıtda zəncirvari qəza: 4 avtomobil toqquşub

Sumqayıtda payız-qış mövsümünə hazırlıq müzakirə olunub - FOTO -VIDEO

Sumqayıtda sürücü idarəetməni itirdi – Avtomobil divara çırpıldı

Sumqayıtda yağıntılı hava bu vaxta qədər davam edəcək

"Sumqayıt"ın gənc futbolçusu klubun tarixinə keçdi

Sumqayıtda 500 abonentin qazı dayandırılacaq

Sumqayıtda tibbi tullantıların zərərsizləşdirilməsi prosesi davam edir

Sumqayıt şəhərində 21 yaşlı gəncin ölümü ilə bağlı təfərrüat məlum olub.

Prezidentin sərəncamı: Sumqayıt Apellyasiya Məhkəməsində yeni rəhbər təyinatı-FOTO

"Sumqayıt" Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Sumqayıtda evdə kişi meyiti tapılıb

Sumqayıtda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq

Sumqayıt Məhkəməsi dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxudu

1 2 3 4 5 6 7 8 9 10 ... 978
Dünən, 19:59
Dünən, 19:49
Dünən, 11:50
Dünən, 11:46
Dünən, 11:36
30-10-2025, 17:21
30-10-2025, 16:29
30-10-2025, 16:03
30-10-2025, 12:16
30-10-2025, 12:05
30-10-2025, 11:57
30-10-2025, 11:39
30-10-2025, 11:34
30-10-2025, 11:23
29-10-2025, 23:10
29-10-2025, 20:45
29-10-2025, 20:29
29-10-2025, 19:56
29-10-2025, 16:18
29-10-2025, 16:14
29-10-2025, 16:08
29-10-2025, 16:02
29-10-2025, 12:08
29-10-2025, 12:00
29-10-2025, 11:56
29-10-2025, 11:50
29-10-2025, 08:35
29-10-2025, 08:13
29-10-2025, 00:17
28-10-2025, 22:47
28-10-2025, 22:23
28-10-2025, 19:52
28-10-2025, 18:11
28-10-2025, 17:35
28-10-2025, 17:25
28-10-2025, 14:59
28-10-2025, 14:56
28-10-2025, 12:12
28-10-2025, 11:41
28-10-2025, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 978