Əfqan qardaşlarımızın dincliyini və təhlükəsizliyini istəyirik.
Sumqayit.tv-in məlumatına görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Hava limanı bağlanarsa, AB, NATO üzvləri və digər ölkələr oradakı diplomatik nümayəndəliklərini geri çəkməli olacaqlar. Çünki təhlükəsizlik, rabitə və nəqliyyat olmasa, orada qala bilməzlər”, - Akar bildirib.
O, Türkiyənin Əfqanıstanda 20 ildir heç bir döyüş tapşırığı keçirmədiyini, Kabil Hava Limanının bölgədə səhiyyə, təhsil və logistik baxımdan önəmli bir qapı olduğunu bildirib:
“Hava limanının istismar olunmasını istəyirik. Orada əfqan hökuməti, Taliban var. Müxtəlif hərbi, siyasi və təhlükəsizlik şərtləri mövcuddur. Bu səbəbdən həm əfqan qardaşlarımızla, həm də NATO, AB, ABŞ və digər ölkələrlə danışıqlar aparırıq”.