Xırdalanda gecəyarısı qanlı dava: Gənc oğlan anasının sevgilisini bıçaqladı


Xırdalan şəhərində 1998-ci il təvəllüdlü Telman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anasının sevgilisi Ruslana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin sentyabrın 16-da baş verib. Telman həmin gün gecə saat 00:30-da yaşadığı evin həyətində anası Roza ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Ruslanın anası ilə sərxoş vəziyyətdə mübahisə edib. 

Bu zaman Ruslan Telmanı, onun anası Rozanı və bacısı Səmayəni vuraraq onlara dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Buna görə Telman ilə Ruslanın aralarında baş vermiş şəxsi münasibətlər zəminində münaqişə zamanı mətbəxdən götürdüyü bıçaqla onun kürək nahiyəsinə iki dəfə qəsdən zərbə vurub.

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, sentyabrın 15-də, 23 radələrində anası Roza ona zəng edərək işdən gec gəldiyi üçün onu qarşılamağını deyib: “Mən evdən çıxaraq anam Rozanın Xırdalan şəhərində yerləşən bir kafenin qarşısında qarşıladım. Bundan sonra birlikdə evə getdik. Yolda bizi anam ilə münasibəti olan Ruslan gördü və ünvanımıza nalayiq söyüşlər istifadə etdi. Biz evə yeni daxil olduq ki, Ruslan  evin həyətində bayır tərəfdən açıq pəncərədən içəri boylanaraq mənim və anamın ünvanına yenidən nalayiq söyüşlər söyməyə başladı. Mən evin giriş qapısından həyətə çıxaraq Ruslanı sakitləşdirmək istədim. Anam da mənim arxam ilə həyətə çıxdı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bacısı Səmayə də evdən həyətə çıxaraq onlara yaxınlaşıb: “Həmin vaxt Ruslan sərxoş idi. Bir qədər sonra Ruslan evin həyətində boyun nahiyəmdən əli ilə bir dəfə şillə vurdu. Həmin zərbədən sonra yerə yıxıldım. Bundan sonra Ruslan anamı və bacımı da əli ilə vurdu. Mən yerdən qalxdım. Ruslanın isə bacımın və anamın üzərinə vurmaq üçün yenidən getdiyini gördüm. Mən evə daxil oldum və mətbəxdən bir ədəd mətbəx bıçağını götürərək həyətə çıxdım. Əlimdə bıçaqla Ruslanın üzərinə getdim ki, onu qorxudum. Həmin vaxt bacım və anam yerə yıxılmış vəziyyətdə idilər. Anamın qulaq, bacımın isə üzündən qan axdığını gördüm. Həmin vaxt anamın və bacımı  müdafiə etmək üçün Ruslanın kürək nahiyəsindən iki bıçaq zərbəsi vurdum. Birinci zərbəni mən qəsdən vurdum. Amma ikinci zərbə isə təsadüfən dəydi. Mübahisə təxminən 5 dəqiqə davam etdi. Bıçaq zərbələrini vurduqdan sonra Ruslan oradan uzaqlaşdı”.

İş üzrə zərərçəkmiş Ruslanın sözlərinə görə, Roza ilə təxminən 3 il müddətdir qeyri-rəsmi ər-arvad münasibətində olublar: Sentyabrın 15-də, axşam saatlarında Xırdalan şəhərində yerləşən kafedə tanışlarım ilə yemək yedim və sonra kafedən çıxdım. Bu zaman Rozaya zəng etdim. Lakin ona zəng çatmadım. Bu vaxt Rozanın evə getdiyini gördüm. Mən isə Rozanın gəldiyi taksi maşınına mindim, taksi sürücüsündən arvadım Rozanın haradan gətirdiyini soruşdum”. 
Zərərçəkmiş qeyd edib ki, daha sonra sentyabrın 16-a keçən gecə saat 00:30-da Rozanın evinin həyətinə daxil olub: “Həmin vaxt Roza ilə mübahisə etməyə başladım. Ondan taksidən düşdüyü gün maşında olan digər xanımın kim olduğunu soruşdum. Roza isə bu məsələnin mənə aidiyyatı olmadığını bildirdi. Bundan sora evin həyətindən çıxaraq bir neçə metr aralaşdım. Oradan bir qədər aralaşdıqdan sonra Rozanın oğlu Telman bıçaqla kürək nahiyəmdən vurdu. Daha sonra oradan uzaqlaşaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum. Bir qədər sonra polis əməkdaşları gələrək məni xəstəxanaya apardılar. Mən hadisə vaxtı Rozanı, Səmayəni və Telmanı vurmamışam, onlara xəsarət yetirməmişəm”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, onun cəzasının şərti hesab edilməsini istəyib. 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Telmanın əməli Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Ona 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. 

Bu qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən edilməsi üçün cinayət işinin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəmsinə qaytarılması barədə qərar qəbul edilməsini istəyib. 

Ali Məhkəmədə kasasiya protestinə baxan hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, dövlət ittihamçısının kasasiya protesti təmin edilməyib. 

7-10-2024, 12:15 68

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903