Sumqayıtda avtosalon əməkdaşı kafedə buna görə öldürülüb

 

Sumqayit.tv xəbər verir ki, Musavat.com-un məlumatına görə, hadisənin səbəbi kafedə tərəflərdən birinin digərinə baxması olub. Mübahisə zamanı 30 yaşlı Nicat Bayramov qətlə yetirilib.

O, Sumqayıtda 34-cü məhəllədə yaşayır, avtosalonların birində çalışırdı. Qətli törədən Nüsrət Həsənlinin isə 25 yaşı olub.

İstintaqla müəyyən edilib ki, tərəflər öz dostları ilə kafedə yeyib-içiblər. Sonra onların bir-birlərinin masasına baxması mübahisəyə səbəb olub. Mübahisə zamanı Nüsrət bıçaqla Nicatın boğaz nahiyəsindən, bir zərbə də ürəyindən vuraraq onun ölümünə səbəb olub.

Təqsirləndirilən Nüsrət ifadəsində deyib ki, mərhum iki nəfər tanışı ilə yan masada əyləşiblər. Onlar bir-birinə baxan zaman aralarında söz-söhət olub:

“Nicatın yanında Sərxan adlı şəxs də var idi. Əvvəlcə Sərxana dedim ki, bura istirahət etməyə gəlmişik. Sonra bu söhbəti Sərxan Nicata deyib. Mən əlimi yuyanda Nicat mənə yaxınlaşıb “salamatlıqdır?” deyə soruşdu. Mən də salamatlıq olduğunu dedim. Mübahisə edəndə bizi sakitləşdirdilər. Amma aranı qatan Sərxan idi. Guya bizi sakitləşdirirdi. Mən dedim ki, ikimiz də sərxoşuq. Sonra söhbət edərik. Sərxan Nicatı daha da əsəbləşdirirdi. Mən Nicatı tanımırdım. Amma Sərxanı əvvəldən tanıyırdım. Həyətdə mübahisə edəndə Nicatı vurmaq fikrim yox idi. Bıçaq da həmişə üzərimdə olurdu. Taksi sürücüsü olduğum üçün özümü qorumaq məqsədilə gəzdirirdim”.

Hadisə şahidləri dindirilən zaman Nüsrətin ifadəsində oxşar ifadə veriblər.

Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Nüsrət məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.


1-07-2025, 14:16 384

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060