Sumqayıta gedən qadın taksi sürücüsü tərəfindən qarət olundu

 Sumqayıta gedən qadın taksi sürücüsü tərəfindən qarət olunub.

Sumqayit.tv xəbər verir ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, Abşeron sakini Rafiq Əzizov (ad və soyad şərtidir) “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərərkən Bakı şəhərində, “20 Yanvar” metro stansiyasının qarşısında bir xanımı müştəri kimi götürüb. Qadın Sumqayıta, rəfiqəsinin ad gününə getmək istədiyini bildirib.

Onlar Ceyranbatan qəsəbəsinə daxil olarkən qadın mağazaların birinin yanında dayanmağı xahiş edib. Sürücü isə özü mağazaya daxil olaraq tərkibində spirt olan iki enerji içkisi alıb və qadına verib. İçkini qəbul etdikdən sonra qadın özünü pis hiss edib və avtomobili saxlamağı xahiş edib.

Bu zaman Rafiq Əzizov cibindən bıçaq çıxararaq qadından üzərindəki pulu tələb edib. Qadın məcburiyyət qarşısında 640 manat pulu və mobil telefonunu verib. Daha sonra sürücü qadını avtomobildən düşürüb və hadisə yerindən qaçıb.

Araşdırma nəticəsində məlum olub ki, R.Əzizov qadının telefonunu Sumqayıt şəhərində tanışına 50 manata satıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə R.Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib. //Oxu.az


4-11-2025, 15:45 173

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041