Sumqayıtda qısqanclıq zəmnində əkizlərin anasını öldürən ər məhkəmədə ifadəsini dəyişdi

 

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Qorxmaz Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Qorxmaz Quliyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü C.Quliyevanı başqa kişi ilə ona xəyanət etməsindən şübhələnərək, 2024-cü il tarixdə öz mobil telefonunda səs yazma funksiyasını aktivləşdirib və gizli şəkildə qadının idarə etdiyi “Chevrolet Cruz” markalı avtomobilin sürücü oturacağının altına yerləşdirib. Daha sonra əldə olunan səs yazısında həyat yoldaşının başqa şəxslə açıq intim və sevgi xarakterli dialoqlarını dinləyərək xəyanətin real olduğuna əmin olub.


Bu halın təsiri altında təqsirləndirilən şəxs arvadını öldürmək qərarı versə də, əkiz övladlarının ali məktəbə qəbul ərəfəsində olması və hadisənin onlar üçün ağır nəticələr doğuracağını düşünərək niyyətini təxirə salıb. Sonralar isə ailə üzvlərinin analarını tək burxmaması səbəbilə bu niyyəti reallaşdırmaq üçün şərait tapa bilməyib.


Lakin son bir ay ərzində ailə mübahisələri zamanı zərərçəkmiş şəxsin xəyanəti etiraf edərək onu təhqir etməsi təqsirləndirilən şəxsdə qıcıq və qisas motivi formalaşdırıb. Nəticədə, 12 fevral 2025-ci il tarixdə, saat 22:05 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə massivində yerləşən fərdi yaşayış evində həyat yoldaşı ilə otaqda tək qaldığını görən Qorxmaz əvvəlcədən formalaşmış cinayət niyyətini həyata keçirmək məqsədilə mətbəxdən bıçağı götürərək qonaq otağına keçib. Bu zaman o, divanda oturan arvadına hücum edərək, sol əli ilə saçından dartmaqla başın alın-təpə nahiyəsinə dərialtı qansızma şəklində ağır dərəcəli xəsarət yetirib, ardınca sağ əlində tutduğu bıçağı onun sol çiyninə dirəyərək sol bazuda kəsilmiş-deşilmiş yara əmələ gətirib. Qarşılıqlı mübarizə zamanı təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişin sol əlinin II barmağına da kəsilmiş yara yetirib.


Daha sonra Qorxmaz öldürmək məqsədilə bıçağı kənara atıb, əvvəlcə bir, sonra isə hər iki əli ilə qadının boğazından sıxaraq onu boğub. Tibb müayinəsi nəticəsində zərərçəkmişdə boyun orqanlarının əllə sıxılması nəticəsində mexaniki asfiksiya, traxeya qığırdağının və dilaltı sümüyün sınığı, yumşaq toxumalarda qansızma və digər ağır xəsarətlər müəyyən edilib.


İbtidai istintaq orqanı gəldiyi nəticəyə əsasən müəyyən edib ki, təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini xüsusi amansızlıqla törədib. İstintaq materiallarına görə, o, mərhum zərərçəkmiş şəxsin həyatını xilas etmək üçün dəfələrlə aman diləməsinə baxmayaraq, ona müxtəlif xəsarətlər yetirməkdə davam edib, bu zaman xüsusi əzab və iztirab verdiyini dərk edərək, bunu arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib. İstintaq bu hərəkətləri xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirib və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törədib.


Lakin məhkəmə baxışı zamanı Qorxmaza qarşı irəli sürülmüş ittiham üzrə təqdim edilən sübutlar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılıb. Məhkəmənin araşdırmaları nəticəsində təqsirləndirilən şəxsin mərhum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla deyil, lakin ağırlaşdırıcı hallar olmadan qəsdən öldürdüyü, yəni onu qəsdən həyatdan məhrum etdiyi müəyyən edilib.


Məhkəmə bununla da təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətdiyini mötəbər və təkzibedilməz sübutlarla təsdiq edib.


Məhkəmə istintaqı zamanı Qorxmaz Quliyev dindirilərək özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib. O, ifadəsində mərhum zərərçəkmiş C.Quliyeva ilə 2003-cü ildən evli olduğunu, ilk illərdə ailə münasibətlərində ciddi problemlərin yaşanmadığını, son dövrlər isə aralarında gərginliyin yarandığını qeyd edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, həyat yoldaşının mobil telefonunda müxtəlif mesajlar görməsi şübhələrə səbəb olub və soruşduqda həmin mesajların xəstəxanadakı müştərilərlə bağlı adi yazışmalar olduğunu qeyd edib.


Qorxmaz həyat yoldaşının davranışlarından şübhələnərək onun digər şəxslərlə yazışmalarını müəyyən etmək üçün istifadə etdiyi avtomobilə telefon qoymaqla səsləri gizli yazdığını, səs yazılarına qulaq asdıqdan sonra xəyanətə əmin olduğunu, daha sonra isə bu barədə həyat yoldaşının valideyn və qardaşlarına məlumat verdiyini bildirib. Təqsirləndirilən şəxs bildirib ki, ailəsi ilə danışdıqdan sonra onlar məsuliyyətdən yayınaraq “get, başını kəs, bizlik deyil” kimi ifadələr işlədiblər.


Təqsirləndirilən şəxs hadisə günü evdə ailə mübahisəsinin baş verdiyini, həyat yoldaşının onu təhqir etdiyini, buna reaksiya olaraq onun saçından tutaraq divana tərəf atdığını deyib. O, əvvəlcədən öldürmək niyyətinin olmadığını, bıçağı yalnız qorxutmaq məqsədilə götürdüyünü bildirib. Qorxmazın sözlərinə görə, arvadı Azər adlı şəxslə gizli-gizli danışaraq onun şəxsiyyətini çox alçaldıb, ona xəyanət edib.


Təqsirləndirilən şəxs son olaraq bildirib ki, əvvəlcədən öldürmək niyyəti olmayıb, bıçaqla yalnız çiyin nahiyəsindən tutub, daha sonra qətlə yetirməmək məqsədilə bıçağı yerə atıb.


Qeyd: C.Quliyeva Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.


5-12-2025, 10:56 244

Digər xəbərlər

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:44
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019