Sumqayıtda gəlin zəng vurdu, qardaşlar arasında dava düşdü

 

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İslam Muradovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sumqayit.tv xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv olunub.
 

İttihama görə, İslam Muradov qardaşı, zərərçəkmiş İlqar Muradovun (adı, soyadı şərtidir) sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər yetirib.
 

Belə ki, 09 iyun 2025-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayonunda yerləşən mənzilin dəhlizində tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Buna səbəb İslam Muradovun digər qardaşı zərərçəkmiş şəxsin arvadının zəng vurub mübahisə etməsi olub.


İstintaqla müəyyən edilib ki, yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs yumruq zərbələri ilə İlqarın üz nahiyəsinə qəsdən zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə sağ gözaltı nahiyənin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarət, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirilib.


Bundan əlavə, zərərçəkmiş şəxsə alt çənə sümüyünün sol şaxəsinin və sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı kimi xəsarətlər yetirilib.


Eyni zamanda, İslam tərəfindən zərərçəkmiş şəxsə təpiklə sol böyür nahiyəsinə zərbə endirilməsi nəticəsində solda VI–VII qabırğaların xətti sınığı kimi xəsarətlər yetirilib.
 

Məhkəmədə İlqar qardaşından şikayətçi olmadığını bildirib.


13-01-2026, 15:16 49

Digər xəbərlər

İcra Hakimiyyətindən Sumqayıt.tv-nin müraciətinə reaksiya: Bulvarda təmir işlərinə başlanılıb

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

Əfsanə ilə varis finalda: Messi və Yamalın hekayəsi gündəm oldu

Türkiyə və Gürcüstan hərbçiləri Azərbaycana gələcək: "Eternity-2026" üçün hazırlıq başladı.

Sabah Sumqayıtda temperatur 35 dərəcəyə yüksələcək

"Sumqayıt"ın ilk sınaq oyununun tarixi dəyişdi

"Azəriqaz"da struktur dəyişikliyi: Yeni departament yaradıldı

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? – Ekspertdən açıqlama

Tramp İlham Əliyevlə bağlı məqaləni öz hesabında paylaşdı-FOTO

Ülvi Mehdiyev: "ASAN müraciət" platforması artıq Sumqayıtda da aktiv istifadə olunur

Novxanı sahillərində qanunsuz balıq ovu iddiası: Sakinlər narahatdır

Sumqayıtlı həkim dünya birincisi oldu: 28 ölkənin mütəxəssisini geridə qoydu-FOTO

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

1 2 3 4 5 6 7 8 9 10 ... 1082
Dünən, 22:17
Dünən, 20:16
Dünən, 17:07
Dünən, 16:37
Dünən, 15:13
Dünən, 14:50
Dünən, 14:32
Dünən, 14:05
Dünən, 13:15
Dünən, 13:12
Dünən, 12:14
Dünən, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
15-07-2026, 13:24
15-07-2026, 13:07
15-07-2026, 12:32
15-07-2026, 12:00
15-07-2026, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1082