Azəriqaz”ın Sumqayıtda əlil ailəyə yazdığı böyük cərimə məhkəmə qərarı ilə aradan qaldırıldı

 
"Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərində yaşayan bir ailəyə böyük məbləğdə cərimə yazılıb.
Sumqayit.tv Yurd.Media-ya istinadən xəbər verir ki, "Azəriqaz” Sumqayıt şəhəri, "Metallurq” küçəsi, 508 nömrəli fərdi evdə yaşayan Babaşovlar ailəsinə 1767 manat borc müəyyən edib.
Bu borcun silinməsi üçün Babaşovlar ailəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib və "Azəriqaz”ı cavabdeh kimi göstəriblər.
Ev sahibi Əlizaman Babaşovun həyat yoldaşı qeyd edib ki, 1-ci qrup əlil əri Babaşov Əlzaman Ağasəlim oğlu və 1-ci qrup əlil oğlu Babaşov Rahib Əlizaman oğlu ilə birlikdə yaşayıb. Onun bildirdiyinə görə, əri ötən il yanvarın 11-də vəfat etdikdən sonra oğlu ilə birlikdə həmin ünvanda yaşamağa davam edib:
"Evin bütün kommunal xətləri ərimin adına qeydiyyata alınıb. Ərim vəfat etdikdən sonra kommunal xətləri öz adıma keçirmək üçün "Azəriqaz”a müraciət etdim. Lakin abonent kodu üzrə 1767 manat borc məbləğinin olduğu qeyd olundu” – deyə şikayətçi bildirib.
Şikayətçi qadının sözlərinə görə, "Azəriqaz” tərəfindən yaşadıqları fərdi evdə sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilib:
"Lakin həmin akt gözdən əlil ərim tərəfindən imzalanmayıb. Sayğacdan kənar əlavə xətt vəfat etmiş ərim tərəfindən çəkilməyib. Onun bundan xəbəri olmayıb. O, həmin aktı imzalamaqdan da imtina edib. Ərim vəfat etdikdən sonra evin bütün kommunal ödənişləri və digər işlər mənim tərəfimdən həyata keçirilib. Həmin borc məbləğindən məlumatım olmayıb. Həmçinin həmin məbləği ödəməyə də maddi imkanım yoxdur. Əlil oğluma təkbaşına baxıram və əlavə gəlir mənbələrim yoxdur”.
Qadın kommunal xərclərini hər zaman tam vaxtında ödədiyini deyib.
Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” qaz sərfiyyatına görə əsassız hesablanmış borc silinib. Bu qərardan cavabdeh tərəf apellyasiya şikayəti verib. Cavabdeh dövlət qurumu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini istəsə də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

14-01-2026, 17:51 115

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041