
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyevin fotosu yayılıb.
Sumqayit.tv xəbər verir ki, Ramal Mirzəyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin məzunu olub.
Xatırladaq ki, qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər. /Oxu.az

Bu gün, 14:52
3