Sumqayıtlı ustanın Bakıda faciəvi ölümü: yeyib-içmək məclisi məhkəməlik oldu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı Samir Məmmədovun ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sumqayit.tv Lent.az-a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.

Şahid M.S. təqsirləndiriləni tanımadığını, hadisədən xeyli vaxt keçdiyi üçün detalları tam xatırlamadığını bildirib. Məhkəmə onun ilkin istintaq zamanı verdiyi ifadəni elan edib.

Şahidin istintaqa ifadəsində qeyd olunub:

O, cərrah olduğunu və 4 oktyabr 2021-ci ildə Samir Məmmədov adlı şəxsin işlədiyi xəstəxanaya ağır vəziyyətdə daxil olduğunu bildirib. Həmin gün xəstə əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Samir Məmmədov bir ay reanimasiyada qalıb. Əməliyyatdan sonra danışmaqda çətinlik çəkdiyi üçün başına gələn hadisə barədə həkimlərə məlumat verə bilməyib. O, 12 noyabr 2021-ci ildə vəfat edib. Həkimlərin qənaətinə görə, ölümə səbəb hadisə zamanı aldığı ağır kəllə-beyin travması olub.

Digər şahid M.T. təqsirləndiriləni tanımadığını, Samir Məmmədovu isə tanıdığını deyib. O bildirib ki, Sumqayıtda yaşayır və Samir onun evində usta kimi işləyib. 27 sentyabr tarixində Samir evə oboy vurmaq üçün gəlib və ertəsi gün oboy alınacağı halda zəng edilməsini xahiş edib. Sentyabrın 28-də oboy alındıqdan sonra ona zəng edilsə də, əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra Samirlə kirayədə qalan Arifə zəng edən şahid onun tanışları ilə yeyib-içdikdən sonra dava etdiklərini və Samirin döyüldüyünü öyrənib.

Şahid C.Ə. isə Elçin Abdullayevi və Samir Məmmədovu eyni gündə tanıdığını bildirib. Onun sözlərinə görə, Binəqədidə yerləşən həyət evinin yaxınlığındakı yarımtikilini kirayəyə vermək istəyib. Bir gün Elçin, Arif və Samir kirayə ev axtardıqlarını deyərək ona müraciət ediblər. Razılaşmaya əsasən, həm evdə yaşayacaq, həm də müəyyən təmir işləri görəcəkdilər.

Şahid bildirib ki, bir gün onların qonaqları gəlib və birlikdə yeyib-içiblər. Səs-küy artdığından o, kirayəçilərə iradını bildirib və əlavə şəxsin evdə qalmasına icazə vermədiyini deyib. Qonaq daha sonra evdən çıxıb.

Ertəsi gün Arif və Elçin evdən gediblər. Növbəti gün evə baş çəkən şahid Samirin üz-gözünün şiş olduğunu görüb. Səbəbini soruşduqda, Samir yıxıldığını və özünü yaxşı hiss etmədiyini deyib. Daha bir gün sonra evə daxil olarkən otağın qan qusuntusu ilə dolu olduğunu, Samirin isə ağır vəziyyətdə xırıldadığını görüb. O, dərhal Arifə zəng edib və təcili tibbi yardım çağırıb. Sonradan ona bildirilib ki, hadisə dava zəminində baş verib. İddiaya görə, tərəflər arasında pul məsələsinə görə mübahisə yaranıb.

Növbəti məhkəmə iclası 18 mart saat 14:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 4 oktyabr 2021-ci ildə Bakının Binəqədi rayonunda baş verib. Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Elçin Abdullayev münaqişə zəminində tanışı Samir Məmmədova ağır bədən xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb və Elçin Abdullayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə məsuliyyətə cəlb olunub.


19-02-2026, 00:25 110

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040