
Sumqayıtda iki azyaşlı fərqli ünvanlarda dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb.
Sumqayit.tv Teleqraf-a istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Vəlizadə Samirə Əkbər qızı yaşadığı Kimyaçılar yaşayış massivində dəm qazından zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb.
Digər hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 2022-ci il təvəllüdlü Məmmədov Məhəmməd Məmmədəli oğlu evdə dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb.
Hər iki azyaşlıya xəstəxanada lazımi tibbi yardım göstərilib. Faktlarla bağlı araşdırma aparılır.
16-03-2026, 21:23
31