
Sumqayıtda müəssisədə iş zamanı kişi ölüb
Sumqayıtda müəssisədə ölüm hadisəsi baş verib.
Sumqayit.tv Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində yerləşən Bismak Qida Sənaye Kompleksində qeydə alınıb.
Məlumata görə, müəssisədə qazanxana operatoru kimi çalışan 60 yaşlı Mahir Habil oğlu Babayev iş vaxtı qəfil vəfat edib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün müvafiq qaydada təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
16-03-2026, 21:47
38