
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Sumqayit.tv xəbər verir ki, şəhərin 1-ci mikrorayonu ərazisində 46 yaşlı qadın bıçaq xəsarətləri alıb. 1980-ci il təvəllüdlü Səbirə İslamova dərhal xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Qadın aralarında yaranmış mübahisə zamanı qardaşı – 1985-ci il təvəllüdlü Ramil Əmrahov tərəfindən bıçaqlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1-04-2026, 11:17
96