Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT

 

Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü Səfər ər-arvadı intim görüntülərlə şantaj etməkdə ittiham olunub.

Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, o, zərərçəkmiş Fuadın həyat yoldaşı Günellə (adlar şərtidir - red.) 2019-cu ildən etibarən müxtəlif yerlərdə baş tutan intim münasibətləri zamanı çəkilmiş çılpaq foto və videogörüntüləri telefonunda saxlayıb.

Daha sonra həmin görüntüləri "WhatsApp" vasitəsilə Fuada göndərib. O, görüntüləri sosial şəbəkələrdə yayacağı və onu rüsvay edəcəyi ilə hədələyərək, 2021-ci il dekabrın 26-da metronun "Koroğlu" stansiyasının qarşısında qadından 2 000 manat alıb. Videoların köçürüldüyü yaddaş kartını Fuada təqdim edib.

Bununla kifayətlənməyən Səfər görüntüləri mobil telefonundan silmədiyini bildirərək, 2022-ci il yanvarın 5-də yenidən zəng edib və onların yayılmaması müqabilində 10 000 manat tələb edib.

Fuadın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında keçirilən əməliyyat nəticəsində Səfər saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səfər ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Günellə "TikTok" sosial şəbəkəsində tanış olub və bir müddət sonra görüşməyə başlayıblar:

"Günelin evli olduğunu bilməmişəm. O, özünü subay kimi təqdim etmişdi. Bir müddət sonra Günelin əri Fuad mənə zəng edərək onu haradan tanıdığımı soruşdu. Mən də dedim ki, Günel məni necə aldadıbsa, səni də elə aldadıb. Sonra məni təhqir etdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Günel sonradan onunla birlikdə yaşamaq istədiyini bildirib:

"Məndə olan videolar tanışlığımızın əvvəlində onun özü tərəfindən göndərilmişdi. Mən heç bir video çəkməmişəm. Daha sonra Günel məndə olan görüntüləri ona göndərməyimi tələb etdi. Mən də hamısını göndərdim və nömrəmi dəyişdim".

Səfər bildirib ki, Fuaddan pul tələb etməyib:

"Onu zənglə narahat etməmişəm və pul istəməmişəm. Bu məsələni Fuad özü uydurub".

Lakin onun ibtidai istintaq zamanı verdiyi ifadə fərqli olub. Həmin ifadədə o, Günellə münasibətləri zamanı intim görüntüləri özü çəkdiyini etiraf edib:

"Onunla avtomobildə gizli görüşdük və intim münasibətlərimizin videogörüntülərini çəkdim. Sonradan münasibətlərimiz pisləşdi və mən də onu qorxutmaq üçün görüntüləri yayacağımı dedim".

Zərərçəkmiş Fuad bildirib ki, həyat yoldaşı ilə 2012-ci ildə ailə qurub və iki övladı var:

"Bir gün mənə zəng gəldi və evə getməyimi dedilər. Evə çatanda telefonuma çoxlu intim foto və videolar göndərildi. Bu görüntülər məni sarsıtdı".

Onun sözlərinə görə, Səfər həmin görüntüləri vermək müqabilində pul tələb edib:

"Onunla görüşdüm və mənə iki yaddaş kartı verdi. 2 000 manat ödədim. Sonradan yenidən 10 000 manat tələb etdi və görüntüləri yaymaqla hədələdi".

Fuad əlavə edib ki, bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət edib və sonradan həyat yoldaşı ilə boşanıblar.

Şahid qismində ifadə verən Günel isə bildirib ki, Səfərlə münasibəti könüllü olmayıb:

"O, məni hədələyirdi. Mən də buna görə polisə müraciət etmişdim. Ona heç bir intim görüntü göndərməmişəm".

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.

Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


9-04-2026, 09:43 28

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040