
Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yük avtomobili idarəetməni itirərək reklam lövhəsinə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü isə avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
10-04-2026, 10:47
260