
Sumqayıtda baş verən ağır faciələrdən biri kimi yadda qalan məktəb partlayışından 27 il ötür.
Sumqayit.tv xəbər verir ki, hadisə 1999-cu il mayın 19-da səhər saatlarında şəhərin 8 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məlumata görə, saat 09:30 radələrində ibtidai hərbi hazırlıq dərsi zamanı RQD-5 əl qumbarasının partlaması nəticəsində faciə baş verib.
Hadisə zamanı 11 “B” sinfində keçirilən dərsdə ehtiyatsız davranış nəticəsində əl qumbarası partlayıb. Nəticədə 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Partlayış zamanı müəllim Vilyam Məmmədov və 5 nəfər şagird həyatını itirib.
Sumqayıtın yaddaşına faciə kimi həkk olunan hadisə illər keçsə də unudulmur.
Bu gün, 14:03
10