Sumqayıtda qətl işi: 18 il həbs alan şəxs Ali Məhkəməyə şikayət etdi-VİDEO

Sumqayıtda qətl törətməkdə təsirləndirilən Mikayıl Şərifovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Sumqayit.tv Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs 5 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri Xəzər bağları ərazisində, “Qız Qalası” küçəsində hərəkətdə olarkən fərdi yaşayış evinin qarşısında əvvəllər tanıdığı, 1958-ci il təvəllüdlü, zərərçəkmiş Mehparə Ələkbərova ilə rastlaşıb. Hadisə zamanı tərəflər arasında toyuqların zəhərlənməsi ilə bağlı iddialar ətrafında mübahisə yaranıb.

Sonra Mikayıl Şərifov ictimai qaydalara açıq etinasızlıq göstərərək xuliqanlıq niyyəti ilə hərəkət edib, yaşlı və köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı kərki tipli məişət aləti ilə qəddar şəkildə hücum edib. O, Mehparə Ələkbərova baş və üz nahiyələrinə çoxsaylı zərbələr endirərək ona kəllə-beyin travması, kəllə sümüyünün sınığı, baş-beyinə qansızma və digər ağır xəsarətlər yetirib.

Məlumata görə, alınan ağır xəsarətlər nəticəsində qadın 8 yanvar 2025-ci il tarixdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxs xüsusi amansızlıq nümayiş etdirərək Mehparə Ələkbərovanı qəsdən həyatdan məhrum edib.

Məhkəmə iclasında ifadə verən Mikayıl Şərifov isə ittihamla qismən razılaşdığını bildirib. O, hadisənin əvvəlcədən planlaşdırılmadığını, həmin gün dostunun evindən qayıdarkən qaranlıq küçədə qəfil hücuma məruz qaldığını deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Mehparə Ələkbərova əvvəlcə ona taxta alətlə zərbə endirib, o isə özünü müdafiə məqsədilə həmin aləti əlindən alaraq qarşı tərəfə zərbə vurub. O, zərbələrin sayını dəqiq xatırlamadığını, hadisə zamanı şok vəziyyətində olduğunu deyib.

Mikayıl Şərifov ifadəsində zərərçəkmiş şəxsin qadın olduğunu sonradan bildiyini, hadisədən dərhal sonra kömək etməyə çalışdığını və polisə özü zəng etdiyini də qeyd edib. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitələrdən istifadə etdiyini, lakin müalicə aldığını bildirib, hadisə günü isə spirtli içki qəbul etdiyini etiraf edib.

Onun sözlərinə görə, zərərçəkmiş şəxslə hər hansı düşmənçilik münasibəti olmayıb və hadisə zamanı məqsədinin öldürmək deyil, özünü müdafiə etmək olduğunu iddia edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mikayıl Şərifov 18 il müddətinə azadlıqdan məhrum edilib.


8-06-2026, 16:42 52

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083