Gəncədə antisanitar qənd sexinin fəaliyyəti məhdudlaşdırılıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Sumqayit.tv xəbər verir ki, Agentlik əməkdaşları Gəncə şəhəri, 38-ci Hərbi şəhərcik ünvanında fəaliyyət göstərən, Zeynalzadə Qalib Sevindik oğluna məxsus qənd sexində yoxlama keçirib. Yoxlama zamanı subyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, müvafiq sahədə normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmadan fəaliyyət göstərdiyi müəyyən olunub. Belə ki, məhsulların qablaşdırmasında istehsal tarixinin düzgün qeyd edilmədiyi, həmçinin etiket məlumatında istehsalçı və məhsulun tərkibi haqqında dolğun məlumatların olmadığı və digər nöqsanlar aşkar olunub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

7-01-2022, 16:30 151

Digər xəbərlər

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Bu gün, 19:38
Bu gün, 16:55
Bu gün, 14:05
Bu gün, 10:27
Bu gün, 08:43
Dünən, 21:33
Dünən, 17:00
Dünən, 16:51
Dünən, 16:46
Dünən, 12:44
Dünən, 11:37
Dünən, 09:26
Dünən, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1067