Sumqayit.tv FHN-ə istinadən xəbər verir ki, Bərdə şəhərində ümumi sahəsi 342 m² (hər mərtəbəsi 171 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları 164 m² sahədə, bitişik ümumi sahəsi 18 m² olan taxta konstruksiyadan ibarət talvar yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.