Keçmiş deputat Xanhüseyn Kazımlının göstərişi ilə sürücüsü maşınına yaxınlaşan azyaşlı qızı döydü.


Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib. 

Sumqayit.tv Qafqazinfo-ya istinadən bildirir ki, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, "Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb. 
Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib. 
"Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiylə əlaqə saxlayıb. Hadisə təsdiqlənib və nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı "Range Rover” markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: "Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır”. 
Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.
Qeyd edək ki, X. Kazımlı İmişli rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub.

31-07-2021, 10:12 181

Digər xəbərlər

Sosis və kolbasa sevənlərin nəzərinə: Xərçəng riski ilə əlaqələndirilir

Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində milli ailə dəyərlərinə həsr olunmuş dəyirmi masa keçirilib-FOTO

Coratda faciə: Dənizdə batan şəxs müstəntiq imiş

Sumqayıtın 10-cu mikrorayonunda sakinləri narahat edən problem – çəyirtkə və həşəratların sayı artıb

SDU-nun dosentinə beynəlxalq universitetdən mühüm vəzifə

10 yaşlı Sumqayıtlı Uğurun əsəri “Mənim izim” sərgisində-FOTO

Sumqayıt məktəbi ölkə üzrə rekord nəticə göstərdi

Sumqayıtda həlak olan hakimin ailəsinə təzminat ödəniləcək

Tramp: Məndən sonra yazmağa adam tapmayacaqsınız

Ölkə birinciləri SDU-da – Rektor sumqayıtlı gəncləri təbrik etdi-FOTO

Sumqayıt çimərliyində dəniz suyunun temperaturu açıqlandı

Azərbaycan nefti ucuzlaşdı – Yeni qiymət açıqlandı

Sumqayıtlı şəhidin anası qızına yeni həyat bəxş etdi

Xərçəngdən qorunmağın yolları açıqlandı

Statistika açıqlandı: Sumqayıtlıların illik alış-veriş göstəricisi bəlli oldu

9-cu mikrorayonda bıçaqlanma – 26 yaşlı gənc xəstəxanalıq oldu-VİDEO

Sumqayıtda yanğın həyəcanı: "Kimyaçı" sarayında təxliyə həyata keçirildi

Prezident İlham Əliyev Rəşad Məmmədovu Türkiyədən geri çağırdı

MİDA mənzilləri üçün 275 milyon manatdan çox güzəştli kredit verilib

Məşhur müğənni Sumqayıta gələcəyini açıqladı

1 2 3 4 5 6 7 8 9 10 ... 1088
Bu gün, 06:29
Dünən, 23:24
Dünən, 13:35
Dünən, 13:15
25-07-2026, 18:06
25-07-2026, 15:43
25-07-2026, 15:03
25-07-2026, 14:47
25-07-2026, 11:00
25-07-2026, 10:50
25-07-2026, 10:46
25-07-2026, 10:44
25-07-2026, 10:36
25-07-2026, 10:21
24-07-2026, 20:10
24-07-2026, 16:04
24-07-2026, 15:53
24-07-2026, 14:43
24-07-2026, 14:34
24-07-2026, 14:33
24-07-2026, 14:19
24-07-2026, 13:25
24-07-2026, 12:34
24-07-2026, 12:30
24-07-2026, 12:26
24-07-2026, 12:20
24-07-2026, 11:40
24-07-2026, 11:37
24-07-2026, 11:31
24-07-2026, 11:00
23-07-2026, 20:21
23-07-2026, 16:36
23-07-2026, 15:48
23-07-2026, 15:20
23-07-2026, 14:34
23-07-2026, 13:44
23-07-2026, 13:17
23-07-2026, 13:13
23-07-2026, 13:01
23-07-2026, 12:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1088