Bu gün 27 sentyabr 2020-ci il ildə başlayan "Vətən" müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Fətullayev Tərlan Amanşah oğlunun və Məmədov Murad Yusif oğlunun, kiçik çavuşu, Cəbrayılov Elçin Surxay oğlunun, çavuşları İsgəndərov İlkin Camal oğlunun və Quliyev Namiq Natiq oğlunun ölümsüzlük zirvəyə, şəhadətə ucaldıqları günüdür.Sumqayit.tv xəbər verir ki, Tərlan Fətullayev 1989-cu il mayın 15-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tərlan Fətullayev 27.09.2020-ci il tarixindəAzərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Fətullayev 25.10.2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Murad Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini 23 nömrəli orta məktəbdə alan Murad daha sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyasına qəbul olub və burada 10-cu sinifə qədər təhsil alıb. Orta təhsilini 22 nömrəli orta məktəbdə başa vuran Murad bu müddət ərzində idmanın cüdo növü üzrə yaxından məşğul olmuşdur. 2013–2018-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil almışdır.
1 oktyabr 2020-ci ildə qardaşının Vətən müharibəsində olmasına baxmayaraq, Murad da könüllü olaraq adını yazdırıb döyüşlərə qoşulmuşdur. Döyüşlər zamanı Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüş bölgələrində döyüşmüş və 25 oktyabrda Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Elə həmin gün Qubadlı şəhəri düşmən işğalından azad olmuşdur. Asərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmmədov Murad ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Elçin Cəbrayılov 1982-ci il yanvarın 10-da Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Cəbrayılov 27.09.2020 il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Cəbrayılov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına görə, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
İlkin İsgəndərov 18.03.1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı şəhərindən idi. İlkin İsgəndərov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun çavuşu olan İlkin İsgəndərov 27.09.2020 il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin İsgəndərov oktyabrın 25-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən İlkin İsgəndərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Quliyev Namiq 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub.
Sumqayıt şəhəri 13 nömrəli tam orta məktəbin məzunu olub.
Unutmuyaq ki, bu gün rahat yaşamağımızın səbəbkarları, öz canları bahasına vuruşan və bizləri qoruyan şəhidlərimiz və Azərbaycan Respublikasının güclü ordusudur.
Ruhunuz şad olsun, İgidlər!
Müxbir: Vəsiqə DADAŞOVA