İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfər edib.
Sumqayit.tv xəbər verir ki, bu haqda İsrailin Türkiyədəki səfiri İrit Lillian "Twitter"də məlumat verib : "Müdafiə naziri Benni Qantz, Ankaraya xoş gəlmisiniz. İsrail və Türkiyə arasında əlaqələri gücləndirəcək səmərəli danışıqları səbirsizliklə gözləyirik" deyə səfir yazıb.