Xüsusi təyinatlıların Şuşa əməliyyatı: Şəhərdəki küçə döyüşlərinin təfərrüatı


“Şuşa-Laçın yolunda bizim 17 nəfərlik bölməmiz Ermənistanın 200-dən çox hərbi qulluqçusunu məhv etdi”.

Bunu “Report”un Şuşa şəhərinə ezam olunan əməkdaşına müsahibəsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov deyib.
Onun sözlərinə görə, oktyabrın 31-də Xocalı rayonunun Sığınaq kəndindən Şuşanın Daşaltı kəndi istiqamətində irəliləmək əmri alıblar və orada mövqe tutublar. Əsas məqsəd isə gizli “Şuşa tapşırığı”nı maksimum dərəcədə aşkara çıxarmamaq olub:
“Artıq noyabrın 3-ü axşam saatlarında tapşırıq gəldi ki, Daşaltının içərisinə daxil olmadan qayalığın altı ilə irəliləyərək Laçın dəhlizini tutmalıyıq. Noyabrın 4-ü səhər saatlarında Laçın dəhlizinə çatdıq və oranı nəzarətə götürdük. Burada sağ və sol tərəflərdə düşmənin səngərləri var idi. Onlar bizi hazırlıqsız yaxamalaq istəyirdilər. Ancaq bizim öndə gedən qruplarımız, eləcə də onları arxadan dəstəkləyən qruplarımızın peşəkarlığı nəticəsində çətin tapşırığı yerinə yetirdik və Laçın dəhlizini tutmağa müvəffəq olduq”.

Ş.Qurbanov söyləyib ki, noyabrın 6-na qədər Şuşa-Xankəndi sərhədi boyunca sıx meşəliklə gizlicə irəliləyiblər. Onlar irəlilədikcə ermənilərin danışıq səslərini, mahnı zümzümələrini aydın şəkildə eşitmək mümkün olub:
“Düşmən bizi aşkara çıxarmaq üçün meşəlik ərazilərə kor-koranə şəkildə iriçaplı silahlardan atəş açırdı. Onlar hətta fosfor mərmilərindən istifadə edərək meşələri yandırırdılar. Düşmən 15 metrliyimizə əl qumbaraları atdı. Bu məqamda yaralı döyüş yoldaşım gizir Tural Musayevi xilas etmək üçün özümü irəli atdım. Daha sonra düşmənin arxasından sızaraq onlara gələn hərbi yardım və təminat maşınlarını ələ keçirdik və amansız döyüşdə düşmən 100-ə yaxın itki verdi”.

XTQ qazisinin sözlərinə görə, artıq 12 saatdan sonra, yəni noyabrın 7-si Şuşa qalası və ətrafını tutublar və şəhər erməni silahlılarından tam təmizləndikdən sonra üçrəngli şanlı bayrağımız Şuşada ucaldılaraq Ali Baş Komandana məruzə olunub:
“Ayın 6-sı qalaya daxil olmamışdan qabaq 20 nəfər şəhidimiz, 70 nəfər isə yaralımız olmuşdu. Noyabrın 7-si mənə əziz olan döyüş yoldaşım Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyev ağır yaralandı. Yaralananda dedi ki, uşaqlarım üçün darıxmışam, onları görmək istəyirəm. O, su istədi, amma verə bilmədim. Çünki güllə yağışı altında heç nəyimiz qalmamışdı. Noyabrın 8-də Mehrab şəhidlik zirvəsinə ucaldı. Digər döyüş yoldaşım Məlikzadə Fərhad da yanımda şəhid oldu”.
XTQ-nin digər qazisi Ziya Həsənli də qala şəhərinin azadlığı uğrunda döyüşüb. O bildirib ki, Şuşaya daxil olduqda burada düşmənin kifayət qədər zirehli döyüş texnikasının və şəxsi heyətinin olduğunu müşahidə ediblər:

“Döyüşün əvvəlində tank əleyhinə vasitələrlə ermənilərin şəxsi heyətini və bir neçə texnikasını məhv etmişdik. Şuşaya daxil olandan sonra düşmənin hücumlarına cavab vermək üçün tank əleyhinə mərmimiz qalmamışdı. Ələ keçirdiyimiz texnika və mülki maşınlardan benzin çəkərək yandırıcı vasitələr düzəldib tanklara atırdıq. Şuşa daxilində kəşfiyyat apardıqca onların hərbi hissəsini tapdıq və orada çoxlu sayda silah-sursat, döyüş texnikaları, eyni zamanda tank əleyhinə idarə olunan raket kompleksi də ələ keçirdik”.
XTQ qazisi düşmən tankını vurması anından da danışıb. O bildirib ki, ermənilər Şuşada raket kompleksini ataraq qaçıblar. Z.Həsənli həmin raketi götürərək düşmənin viran qoyduğu binalardan birinin üçüncü mərtəbəsinə qalxaraq orada mövqe tutub.

Xüsusi təyinatlı döyüşçü şəhərin “3 yol” adlanan ərazisi istiqamətində müşahidə apararaq hədəfini gözləyib:
“Mən 3 erməni tankı gələndə ilk iki tankı buraxıb, sonuncunu vurdum və atəşim uğurlu alındı. Digər bölmələrimiz düşmənin digər texnikalarını məhv edəndən sonra döyüş əzmimiz daha da yüksəldi. Təəssüflər olsun ki, döyüş yoldaşlarım baş leytenant Xəyyam Əzizov və gizir Ramiq Tağıyevi itirdik. Xəyyam Əzizov öz doğum günündə - noyabrın 8-də şəhadətə yüksəldi. Gizir Ramiq Tağıyev isə yaralı döyüş yoldaşımıza ilkin tibbi yardım edərək onu təxliyə edəndən sonra düşmənin atdığı atəş nəticəsində şəhid oldu”. 

Bizimlə əlaqə saxlayın

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın 

8-11-2022, 14:00 183

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041