Sumqayıtda şəhid Əliyev Qubadın anım mərasimi keçirilib



Bu gün ( red-dünən) 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, "Şuşa qartalı" ləqəbli Əliyev Qubad Hüsür oğlunun şəhadətə ucaldığı gündür. Sumqayit.tv xəbər verir ki, şəhidimizin anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlayıb, sonra isə mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Tədbir şəhidlərimizin ruhlarına 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Himni ilə başlayıb. Mərasimdə İcra Hakimiyyətinin nümayəndələri, 1, 8, 13, 11 nömrəli məktəblərin müəllim kollektivi, 2 saylı Uşaq və Gənclər inkişaf mərkəzinin və 19 nömrəli məktəbin müəllim kollektivi və şagirdləri, Kotec qəsəbəsi “İmam Sadiq” məscidinin axundu Mirfəyyaz Fəttayev, Corat məscidinin axundları Hacı Rauf Məhərrəmov və Hacı Sahib Məmmədov, Sumqayıt sukanal idarəsinin rəisi Xalid Quluzadə, Post patul işçiləri, qohumlar və şəhid ailələri iştirak ediblər. 
Xatırladaq ki,  Əliyev Qubad Hüsür oğlu 04.02.1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə 1-ci sinifə gedib. 2010-cu ildə orta məktəbi bitirib, Sumqayıt şəhər 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirib.
Qubad 2013-cü ildə hərbi xidmətə çağırılıb və Ağdam rayonu 190 saylı  hərbi hissənin əsgəri olub. Hərbi xidməti başa vurduqda baş atıcı və tuşlayıcı vəzifəsində xidmətə layiq görülüb.
Şəhidimiz hərbi xidmətdən qayıtdıqdan sonra “Delta Qrup CO” MMC-də Logistika Departamentinin Mərkəzi Anbar şöbəsində fəhlə işləyib. Qəhrəmanımız 27.09.2020-ci il tarixində İkinci Qarabağ Müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da Vətənənin müdafiəsinə çağırılıb. 
Qubad cəbhə bölgəsinin Qubadlı, Ağdərə, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri olub. Qubad noyabrın 8-i saat 13 radələrində anasına zəng edərək deyib:
"Ana, bizi təbrik edə bilərsən. Biz artıq Şuşadayıq. İllər sonra Şuşanı azad etdik".
Şuşa xəbərini anasına çatdıran Qubad telefon danışığından 2 saat sonra Şuşa yüksəkliyində qəhrəmancasına şəhidlik məqamına ucalıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qubad Əliyev ölümündən sonra  "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. 
Allah ruhunu şad etsin, Şuşa Qartalı! 

Müxbir:Vəsiqə DADAŞOVA













9-11-2022, 14:12 285

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041