Müdafiə nazirliyinin zabiti ürəktutmasından vəfat edib. Bu barədə onun hərbçi dostu məlumat verib. Məzuniyyətdə olan 38 yaşlı Cavan Baxışov mayor idi. O, bu gün ikinci Fəxri Xiyabanda dəfn olunacaq.
Hərbçi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.