Sumqayit.tv xəbər verir ki, bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.
Azərbaycan Respublikasını bu iclasda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təmsil edib.