Dekabrın 20-də Çonqar yaxınlığındakı Krım keçidində rusların hərbi kolonu Ukrayna ordusu tərəfindən atəşə tutulub.Sumqayit.tv xəbər verir ki, bu haqqda Melitopol meri İvan Fedorov məlumat verib.
“Krımda gizlənən ruslar elə bilirlər ki, “etibarlı” hava hücumundan müdafiə sistemləri onları xilas edəcək.Lakin faktlar başqa cür danışır. Bu gün hədəfdə nazik keçiddir. Sabah isə bütün yarımada atəş altında olacaq”, - Fedorov bildirib