Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər.
Sumqayit.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.