Cənubi Koreya hakimiyyəti hərbçilərin tələbi ilə İnçhon və Kimpho hava limanlarından uçuşları müvəqqəti olaraq dayandırıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyindən bildirilib.
Müraciətin səbəbi göstərilmir.
Daha sonra “Yonhap” agentliyi xəbər verdi ki, Şimali Koreyaya məxsus bir sıra pilotsuz təyyarə koreyalararası sərhədi keçib. Bununla əlaqədar qarşı tərəf döyüş təyyarələrini, hücum helikopterlərini havaya qaldırıb və xəbərdarlıq atəşi açıb.
O da məlum olub ki, Cənubi Koreyada Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus KA-1 tipli hücum təyyarəsi bu dronlara qarşı əməliyyatda iştirak zamanı
qəzaya uğrayıb.
Mənbə: Reuters