Ukrayna yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır.
Sumqayit.tv apa-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində bildirib. O, ən qaynar döyüşlərin martda gözlənildiyini bildirib.Budanov əks-hücumun Krımdan Donbasadək bütün əraziləri əhatə edəcəyini qeyd edib. Əlavə edib ki, Ukraynanın məqsədi beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış 1991-ci ilin sərhədlərinə qayıtmaqdır.
O, əks-hücumun Rusiyanın Ukraynada sonuncu məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb.