Norveçin Ukraynaya hərbi yardımı çərçivəsində 10 min artilleriya mərmisi Ukraynaya gətirilib.
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.
Qeyd olunub ki, bu mərmilər bir sıra artilleriya qurğularında, o cümlədən Norveç tərəfindən göndərilmiş M109 özüyeriyən artilleriya qurğusu üçün istifadə oluna bilər.
Xatırladaq ki, Norveç Silahlı Qüvvələri dünən Ukraynaya növbəti hərbi yardımın yola salındığını bildirmişdi.