Böyük Britaniya hökuməti Ukraynaya qoşun göndərməyi planlaşdırmır.
Sumqayit.tv xəbər verir ki, bu barədə Britaniya Baş naziri Rişi Sunakın nümayəndəsi deyib.
“Britaniya qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı heç bir plan yoxdur”, - deyə o bildirib.
Britaniya rəsmisi əlavə edib ki, hökumət Ukraynaya silah göndərməkdə davam edəcək.