Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçir



“Əlbəttə, alternativ yol bitdikdən sonra Rusiya sülhməramlıları Laçın ərazisində mövcud olan hərbi infrastrukturlarını yeni çəkilən dəhlizə köçürəcəklər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
Hərbi analitikin sözlərinə görə, Ermənistanla sərhəddən, Zabux dərəsindən, eləcə də Sus kəndindən keçən köhnə dəhliz Azərbaycana təhvil veriləcək:
“Bunun üstünlükləri ondan ibarətdir ki, ilk növbədə, Azərbaycan Ermənistanla olan sərhədlərini bərpa etmək imkanı qazanacaq. İkincisi, Laçın rayonu və bu dəhliz ərazisində yerləşən kəndlərin yenidən bərpası üçün imkanlar əldə edəcəyik. O cümlədən Laçın rayonunun mərkəzində Azərbaycan bayrağı dalğalanacaq. Bundan başqa, Azərbaycanın maşın karvanları Rusiya sülhməramlılarının müşayiəti olmadan bu yolda sərbəst hərəkət edəcək.
Bir sözlə, təkcə Laçınla Şuşa yox, həm də Laçınla Kəlbəcər arasındakı şimal istiqamətində yolumuz açılmış olacaq. Hazırda Laçına Kəlbəcərdən keçməklə daha uzun marşrutla hərəkət edirik, sülhməramlılar oradan çıxdıqdan sonra sərhədboyu dairəvi yol maneəsiz işləyəcək”.
“Bu yolun tikintisi isə orada mövcud olan hərbi infrastrukturumuzun inkişaf etdirilməsinə, orada yerləşən qoşunlarımızın təminat və təchizatında mühüm addımlar atmağa imkan verəcək. Belə olan halda Laçın şəhərinin Azərbaycana təhvil verilməsi artıq şərtdir və bununla hərbi-strateji qazanclar əldə edəcəyik.
Mən yeni çəkilən yolun keçdiyi ərazilərə də baxmışam. Laçın kəndlərinin yaxınlığından keçsə də, onların heç biri kənd ərazilərindən keçmir. Əgər indiki yol Laçın rayonunun daxilindən Şuşaya qədər keçirdisə, yeni yol tamamilə dağlıq ərazilərdən uzanacaq və heç bir yaşayış məntəqəsinə toxunmayacaq”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

18-05-2022, 15:50 208

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041