ABŞ administrasiyası tezliklə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, növbəti hərbi yardım paketinə hansı silahların daxil ediləcəyini deməyib. Kirbinin sözlərinə görə, əvvəlki təhlükəsizlik yardımı ilə uyğun gələn paketin göndərilməsi nəzərdə tutulur.
Hazırda ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımın məbləği 8,2 milyard dollardır.