Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibəyə göndərilmək üçün döyüşçülərdən ibarət dəstə toplayıb. Bildirilir ki, könüllülər “çoxmillətli cəmiyyətin maraqlarını müdafiə edəcəklər”.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, yeni “könüllülər” bölməsi Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin təlimatçıları ilə xüsusi təlim kursu keçib və döyüşə hazırdır.
İddialara görə, rus qoşunlarını gücləndirməli olan bir neçə yüz muzdlu döyüşə könüllü getməyə qərar verib.