Donetsk Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub, nəticədə "Qalaktika" ticarət mərkəzində güclü yanğın başlayıb.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Donetsk şəhərinin meri Aleksey Kulemzin məlumat verib.
Özünü elan etmiş DXR Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 5 min kvadratmetr ərazini əhatə edir.