Qubadlıda mina partlaması ilə bağlı prokurorluqda araşdırma aparılır.
Sumqayit.tv xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb:
"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır".