Tayvan hərbçiləri ilk dəfə Çin ordusuna məxsus pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb.
Sumqayit.tv xarici KİV-ə ostinadən xəbər verir ki, hadisə PUA-nın Kinmen adalarına yaxınlaşması zamanı baş verib.
Xəbərdarlıqdan sonra dron ərazidən uzaqlaşıb.
Qeyd edək ki, son aylarda ABŞ adaya hərbi-siyasi dəstəyi daha da artırıb.
Yaxın günlərdə ABŞ prezidenti Co Bayden Konqresdən Tayvana ümumilikdə 1,1 milyard dollarlıq silah satışına razılıq verilməsini xahiş etmək niyyətindədir.