İntizam Komitəsinin qərarları açıqlanıb







16.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Sabah” – “Turan Tovuz” oyununda oyunun 36-cı dəqiqəsində “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimə olunur (maddə 36.1).

17.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən Baş hakim təhqir edildiyi üçün “Qəbələ” klubu 4000 manat cərimə olunur. (maddə 41.7).
 
17.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Sumqayıt” oyununda oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1).
 
17.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə “Səbail” klubu 800 manat cərimə olunur. (maddə 60).
 
18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” klubu 4000 manat cərimə olunur. (maddə 41.7).
 


18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda 2-ci hissədə “Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün “Şamaxı” klubu 800 manat cərimə olunur. (maddə 84).
 
18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.2).
 
15.09.2022-ci il tarixində AFFA Gənclər Liqasının “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun 37 nömrəli futbolçusu Sənan Kərimov oyunun 34-cü dəqiqəsində  qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).
 
15.09.2022-ci il tarixində AFFA Gənclər Liqasının “Zirə” – “Qarabağ” oyununda “Zirə” klubunun 4 nömrəli futbolçusu Azər Arzumanov oyunun 88-ci dəqiqəsində bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
17.09.2022-ci il tarixində AFFA U-15 Liqasının III turunun “Zaqatala” – “Azad” oyununda təcili yardım maşını və tibbi heyətin oyuna gəlməməsinə görə oyun baş tutmadığı üçün “Zaqatala” klubu avtomatik olaraq 0:3 hesabı ilə texniki məğlubiyyətə uğrayır. (maddə 30).
 
18.09.2022-ci il tarixində AFFA U-15 Liqasının III turunun İCBFA – “Sumqayıt” oyununda İCBFA klubunun baş məşqçisi Məhəbbət Rəhimov oyunun 65-ci dəqiqəsində baş hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41.4).
 
18.09.2022-ci il tarixində AFFA U-17 Liqasının VII turunun ROFM – “Kəpəz” oyununda “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Cahangir Nəbiyev oyunun 67-ci bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
18.09.2022-ci il tarixində AFFA U-17 Liqasının VII turunun ROFM – “Kəpəz” oyununda ROFM klubunun həkiminin məcburi iştirakı ilə bağlı komanda xəbərdar edilir. Qeyd olunur ki, növbəti oyunlarda klubun həkimi olmadıqda kluba qarşı sərt cəza tədbirləri tətbiq olunacaq.
 
16.09.2022-ci il tarixində AFFA U-16 Liqasının III turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 1 nömrəli futbolçusu İlkin İsgəndərli oyunun 88-ci dəqiqəsində bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.2).
 
16.09.2022-ci il tarixində AFFA U-16 Liqasının III turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun baş məşqçi Asif Əlizadə oyundan sonra hakimlər otağına gəldiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 67.2).
 


23-09-2022, 16:15 216
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086