Kamran Quliyev Samir Abasovdan üzr istədi



İndi biz “Neftçi”nin rəhbərliyindən, konkret olaraq prezidenti Kamran Quliyevdən alicənab açıqlama eşitməliyik. Eşitməliyik ki… Hələlik bir qədər əvvələ qayıdaq. Samir Abasovun “Neftçi”yə baş məşqçi təyin olunduğu vaxta.
Abasov həmişə açıq danışıb. Elə o vaxt da deyirdi ki, heyətə əl gəzdirmək lazımdır, səviyyəli legionerlər alınmalıdır ki, həm çempionatda, həm də avrokuboklarda uğurlu olaq. Abasovun sözündən belə çıxırdı ki, rəhbərlik də ona bu vədi verib. Amma əməl etmirdi vədə “Neftçi” rəhbərliyi. Samir Abasov əlində olanlarla “Qarabağ”ı çempionluq taxtından saldı. Balaca iş deyildi. Rəhbərlik yenə də vədinə əməl etmədi. Samir Abasov da dilini dinc qoymurdu, deyirdi ki, belə heyətlə avrokuboklarda uğur qazana bilmərik. Dediyi də oldu.
Rəhbərliyin yadına verdiyi vəd düşmədi. Samir Abasov o heyətlə növbəti mövsüm gümüş medal qazandı. Yenə də böyük uğur idi. “Qarabağ” kimi bir komandanın olduğu çempionatda iki mövsüm ərzində bir dəfə qızıl, bir dəfə də gümüş medal qazanmaq asandır? Bundan artığını heç kim edə bilməzdi. Hə, avrokuboklarda yenə fiasko oldu. Onun da səbəbini demişdi Abasov  və biz də artıq bilirik: rəhbərlik verdiyi vədi yerinə yetirmirdi.
Əvəzində hansı işi tutdu rəhbərlik? Dilini dinc qoymayan istedadlı yerli məşqçini qovdular. Rumıniyadan (adı dilimə yatmır) məşqçi gətirdilər, xeyli legioner də aldılar onun üçün. Nə oldu? Avrokuboklarda fiasko. Yaxşı, alibi var idi: yenidir, komandanı tam  formalaşdıra bilmir.
Başa düşdük. Amma indi baş verənləri başa düşmək çətindir. “Neftçi” bu il çempionatda heç 2-ci yeri də tuta bilməyəcək. “Sabah”a qarşı keçirdiyin hər 2 qarşılaşmada məğlub olursansa, deməli, çempionluq o yana qalsın, heç 2-ci yerə də iddian yoxdur. 3-cü yer isə sənindir, “Neftçi”, götür, rəqabətin olmadığı “bürünc”ü. “Qarabağ”la rəqabətdə bir dəfə çempion olan, bir dəfə gümüş medal qazanan məşqçini qov, yerinə əcnəbi gətir, ona xeyli legioner də al, əvəzində isə heç 2-ci yeri də tuta bilmə.
İndi biz alicənab bir xəbər oxumalıyıq, əslində: “Neftçi”nin prezidenti Kamran Quliyev Samir Abasova qarşı etdikləri haqsızlığa görə ondan üzr istədi”.

25-10-2022, 18:47 209

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041