Azərbaycan Yazıçılar Birliyinin (AYB) Akademik Milli Dram Teatrında keçirilən XIII qurultayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də iştirak edir. Qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə əyləşib.
Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan qaçınıb.
Bir müddət əvvəl Qarabağın İranın fətvası ilə alındığını deyən şeyxə dedikləri xatırladılıb, İranın bugünkü anti-Azərbaycan siyasəti barədə sual ünvanlansa da, o susqunluğunu pozmayıb.