Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizə aparacaq.Yarışın rəsmi “Twitter” hesabı bildirib ki, 37 yaşlı qrosmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.
Sonuncu raund 14-20 noyabrda gerçəkləşəcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.