Dünən Avropa, bu gün elitada qalmaq mübarizəsi



Bir vaxtlar Premyer Liqamızın yuxarı pillələri üçün mübarizə aparan futbol klublarından olan “Sumqayıt”ın indiki vəziyyəti heç də ürəkaçan deyil. Hansı ki, bir vaxtlar “Sumqayıt”ı Avropada ölkəmizi təmsil edəcək klublar arasında namizəd göstərirdik. Bu mövsüm keçən mövsümlərdən fərqli olaraq “Gənclik şəhəri” təmsilçisi aşağı liqaya düşəbilmə ehtimalı olan komandalardandır. 12 oyuna cəmi 4 xal yığan komanda biri penaltidən olmaqla 2 qol vurub. Klubun bu vəziyyətinin azarkeşlərin ürəyincə olmadığı aydın məsələdir. Bəs “böyük şəhərin tək komandası”nın bu vəziyyətdə olmasının səbəbi nədir?

Bölgə klubları olan “Kəpəz” və “Turan Tovuz”un 2022/2023 mövsümündən elitaya yüksəlməsindən sonra ölkə çempionatında komanda sayı 8-dən 10-a yüksəldi. Bununla da çempionatın daha da maraqlı keçəcəyini düşünənlər az deyildi. Sumqayıt təmsilçisinin azarkeşlərinin yeni mövsümü maraqla gözləməsinin daha bir səbəbi də var idi. Klub artıq bu mövsümdən legionerləri cəlb etməklə heyətini gücləndirməyə çalışdı. Görünən odur ki, sadəcə çalışdı. Klubun son pillədə qərarlaşmasının əsas səbəblərindən biri də komandaya gətirilən legionerlərin səviyyəsinin aşağı olmasıdır. Komandaya gətirilən legionerlərdən 1-2 oyunçunu fərqləndirmək olar ki, “Sumqayıt”a fayda verir. Qalan legionerlərin isə keyfiyyəti göz qabağındadır.

Düzdür komandanın bu vəziyyətdə olmasının tək səbəbkarı edilən transferlərdə deyil. Rəhbərliyin Ayxan Abbasovu göndərib yerinə Aleksey Baqanı gətirməsi də alınan yanlış qərarlardan idi. Baqanın gəlişindən sonra komandanın oyun sistemini dəyişməsi, mövsüm bitdiksən sonra qurduğu heyət heç də uğurlu olmadı. Baqanın rəhbərliyi altında ürək açmayan nəticələr sonrası “Gənclik şəhəri” təmsilçisi belaruslu mütəxəsislə yolları ayırdı. Bu ayrılıqdan sonra rəhbərlik məşqçi postuna şəhərə heç də yad olmayan Samir Abasovu gətirdi. Fikrimcə Samir Abasovun qayıdışı ən doğru qərar oldu. Abasov komandaya gəldikdən sonra o, da öz açıqlamalarında heyətdən narazı olduğunu bildirir. Görünən odur ki, klubda baş məşqçidən sonra digər yenilənmələr də qaçılmazdır. Şübhəm yoxdur ki, Abasov ən qısa zamanda komandanı çətin durumdan çıxardacaq.

Nihat Kərimli

3-11-2022, 16:49 201

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 02:20
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041