Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub.
Sumqayıt.tv xəbər verir ki Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcək. Azərbaycan təmsilçisi bu turnirin pley-offunda “Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.