“Qarabağ” “Traktorsazi” ilə qarşılaşacaq?


“Traktorsazi” ilə yoldaşlıq oyunu keçirmək “Qarabağ” klubu olaraq bizim üçün də, azarkeşlər üçün də çox xoş olar.

Bunu Report-a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl azarkeşlərin sosial şəbəkələrdə Ağdam təmsilçisinin Təbrizin “Traktorsazi” klubu ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib.
Klub rəsmisi qeyd edib ki, hər iki klubun sıx qrafiki var:
"Həm ölkə çempionatında, həm də Konfrans Liqasında çıxış edirik. Çalışırıq ki, iştrak etdiyimiz bütün platformalarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edək. Amma bununla yanaşı, biz “Qarabağ” klubu olaraq belə bir oyunun baş tutmasını da istəyərik. Onlar bizim soydaşlarımız, qardaşlarımızdır. İki klubun qarşılaşması böyük futbol bayramı olar. Əgər qış təlim-məşq toplanışında “Traktorsazi” də Antalyada olsa, orda belə bir görüşü planlaya bilərik. Ancaq qarşı tərəfdən hər hansı təşəbbüs olsa, bizə bir təklif gəlsə, başqa variantlar üzərində də düşünmək olar”.
Görüşün Azərbaycanda baş tutması halında təşkilatçı kimi AFFA çıxış edə bilərmi?
Bununla bağlı açıqlama verən AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla qeyd edib ki, belə bir təşəbbüs olsa, Assosiasiya olaraq təşkilati məsələdə istənilən köməyi edə bilərlər:
“Bu məsələdə əsas iş klubların üzərinə düşür. Hər iki klubun sıx qrafiki var. AFFA hansısa kluba yoldaşlıq oyunu keçirməklə bağlı təklif, təşəbbüs verə bilməz. Amma belə bir görüş olsa, təşkilatçılığı öz üzərinə götürə bilər”.
Qeyd edək ki, “Qarabağ”la “Traktorsazi” daha əvvəl yoldaşlıq görüşündə qarşılaşıblar. Hər iki klub 2012-ci ildə Türkiyədə yay təlim-məşq toplanışında olarkən Ankaranın Qızılcahamam bölgəsində üz-üzə gəliblər. Görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

10-11-2022, 17:45 208

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041